Tuman problemi
04.02.2010 - 16:40
Tanınmış holland futbolçu Aryen Robben çıxış etdiyi Almaniyanın “Bavariya” klubunda qeyri-adi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, milli komandasının da üzvü olan 26 yaşlı yarımmüdafiəçi Bundesliqada alt tumansız qalmaq təhlükəsi ilə üzləşib.
Robben bu geyimi ilin soyuq vaxtlarında adi oyun formasının altından geyməyə öyrəşib. Bundesliqanın qaydalarına görə, alt tuman əsas formanın rəngi ilə üst-üstə düşməlidir. Aryen isə qırmızı formanın altında ağ, yaxud boz rəngli geyimə üstünlük verir. Futbolçu bunu həmin rənglərin ona son oyunlarda düşərli olması ilə izah edib. Ancaq Almaniya çempionatında qaydaların buna yol verməməyindən geyimi dəyişdirmək tələbi qoyulub və Robben buna neqativ yanaşır.
Qeyd edək ki, “Bavariya” forma istehsal edən firmasına Aryen üçün yeni geyim dəsti sifariş edib və bu qaydaya görə, qırmızı rəngdədir.

0
0