Kaka sağalmaz xəstəliyə tutulub
04.02.2010 - 16:44
Kaka sağalmaz xəstəliyə tutulub
İspaniyanın “Real” klubunun və Braziliya millisinin futbolçusu Kaka karyerasının sonunadək qasıq zədəsi ilə oynayacaq. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, zədənin təzələnməsindən yayınmaq üçün Kaka hər gün müalicə prosedurlarından keçməli və xüsusi çalışmalar yerinə yetirməlidir.

“Sambaçı” 2009-cu il noyabrın 29-da “Barselona” ilə İspaniya çempionatının oyunu zamanı meydançanı qasıq zədəsi ilə əlaqədar tərk edib. Yarımmüdafiəçi 1 ayadək futboldan kənarda qalıb. Onun əməliyyat etməyən həkimlər konservativ müalicə məsləhət görüblər.

Qeyd edək ki, Kaka 2009-2010-cu il mövsümündə İspaniya çempionatında 16 oyun keçirib və 3 qol vurub. 20 oyundan sonra 47 xal toplayan “Real” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan 5 xal geri qalır.