Unibank Premyer Liqasında 5 saat 45 dəqiqəlik tur
04.02.2010 - 17:15
Unibank Premyer Liqasında 5 saat 45 dəqiqəlik tur
Unibank Premyer Liqasının XIX turunun oyunlarının başlama vaxtları dəqiqləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, turun qarşılaşmalarından üçünün vaxtı dəyişdirilib.

“Qarabağ” – “Karvan” oyunu bu matçlardan 15, “Neftçi” – “Bakı” görüşü isə 1 saat gec başlayacaq. Paytaxt derbisi kimi turun mərkəzi oyunu sayılan “Simurq” – “Xəzər-Lənkəran” qarşılaşması daha gec start götürəcək. Turun startından 4 saat gec başlayacaq görüşün iştirakçıları meydana bütün nəticələri bilərək çıxacaqlar. Bu isə o deməkdir ki, hakimin əlavə edəcəyi dəqiqələri nəzərə almasaq, XIX tur 5 saat 45 dəqiqə çəkəcək.

07 fevral (bazar)

14:00. "Standard" - "İnter"

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:00. "Muğan" - "Olimpik-Şüvəlan"
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Qəbələ" - "Turan"
Qəbələ şəhər stadionu, süni meydança

14:15. "Qarabağ" - "Karvan"
Ağdam rayon Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

15:00. "Neftçi" - "Bakı"
T.Bəhramov adına Respublika stadionu

18:00. "Simurq" - "Xəzər Lənkəran"
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu