UEFA-nın direktoru AFFA-nın baş katibinə nə tövsiyə edib?
04.02.2010 - 17:27
Avropanın 8 futbol assosiasiyasının rəhbərliyi Belarusda bir araya gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt Minskdə keçirilən dəyirmi masada Albaniya, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan və Ukrayna ilə yanaşı, Azərbaycan tərəfi də iştirak edib və ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edib.
İki gün davam edən müzakirələr UEFA-nın milli assosiasiyalar direktoru Teodor Teodoridisin rəhbərliyi altında keçib. Bu dəfə əsas müzakirə olunan məsələlərdən biri daxili çempionatlarda çıxış edən legionerlərlə bağlı olub. Bu, ötən ilin sonunda Rusiya Premyer Liqasında oynayan əcnəbi futbolçularla bağlı çıxarılan qərardan sonra gündəmə gəlib.
Həmin qərarla Rusiya pasportu olan və yazılı qaydada öz ölkələrinin yığmalarında oynamaqdan imtina edən futbolçular bu ölkədə legioner sayılmayacaq. Bundan əsas narazı Rusiyada çoxlu futbolçusu olan belaruslulardır. Bunun nonsens hesab edən Belarus ali futbol qurumunu rəhbəri Gennadi Nevıqlas narazılığını hələ Moskvada FİFA prezidenti Yozef Blatterə çatdırıb və dəstək alıb. O, ümid edib ki, Rusiya Futbol İttifaqı digər ölkələrin milli komandaların dağılmasına getməyəcək.
Bundan əlavə, Minskdə futbol agentlərinin fəaliyyəti ilə bağlı bəzi məsələlər müzakirə olunub. Müzakirə iştirakçılarının çoxu bu fikri bildirib ki, agentləri futbolçuların taleyi yox, yalnız şəxsi maraqlar düşündürür. Bu səbəbdən milli assosiasiyalarda hüququ strukturların yaradılması təklif olunub. Onlar klub və futbolçular arası münasibətlərinin yoluna qoyulması ilə məşğul olmalıdır.
Maddi vəsaitlərin qənaət edilməsi probleminə böyük diqqət yetirilib. Dəyirmi masa iştirakçıları belə nəticəyə gəlib ki, UEFA-nın köməyi ilə mərkəzləmiş alış-verişlər, misal üçün topların, idman avadanlıqlarının, komandaların geyim dəstlərinin alınması daha məqsədəuyğundur.
Teodoridis yekun çıxışında bildirib ki, Minsk müzakirələrinin açıq və fəal çəkməsi çox xoşuna gəlib. Bütün təkliflər konkret idi və UEFA-nın rəhbərliyinə mütləq çatdırılacaq. Belə toplantıların digər ölkələrdə də keçirilməsi və bundan sonra bütün təkliflərin UEFA-nın mütəxəssisləri tərəfindən ümumiləşdirilib, qurumun İcraiyyə Komitəsinin iclasında baxılması qərara alınıb.

0
0