Aleksandr Tomaş “Bakı”nı ittiham etdi - MÜSAHİBƏ
04.02.2010 - 17:45
Aleksandr Tomaş “Bakı”nı ittiham etdi - MÜSAHİBƏ
“Bakı” klubunun sabiq futbolçusu Aleksandr Tomaş Bolqarıstanın “Slaviya” komandasına keçib. Lent.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi “Meridian maç” qəzetinə müsahibəsində ikiqat Azərbaycan çempionu ilə yollarını ayırmasının səbəblərini açıqlayıb.

- Bir müddət öncəyədək sən “Bakı” klubunun oyunçusu idiniz. Azərbaycan futbolu haqda nə deyə bilərdiniz?
- Maliyyə baxımından yaxşı komandadır. Lakin təşkilati cəhətdən “axsayırlar”. İnsanlar futbolu irəli aparmalıdırlar. Hazırda “Bakı”nın baş məşqçi postuna Türkiyənin əfsanəvi futbolçusu Bülənt Korkmaz gəlib. Onun həmyerlisi isə klubun prezidenti olub (Aleksandr Tomaş Tunc Afşarı nəzərdə tutub. Lakin Afşar “Bakı”ya prezident deyil, vitse-prezident təyin olunub – red)

- Bülənt Korkmaz necə məşqçidir?
- Korkmaz tanınmış mütəxəssis Fatih Terimin tələbəsidir. Onun necə məşqçi olduğunu deyə bilmərəm. Amma oyunçu kimi böyük xidmətləri olub.

- “Bakı”dan nəyə görə ayrıldınız?
- Çünki bizim bir sıra fikir ayrılıqlarımız var idi. Onlar pulumu 2009-cu ilin dekabrında verməli idilər. Özümün yox, rəhbərliyin günahı üzündən bu klubdan ayrıldım.

- Çempionlar Liqasının III təsnifat mərhələsində “Bakı”nın Bolqarıstanın “Levski” komandası ilə keçirdiyi görüşlərdə iştirak etməməyiniz nə ilə əlaqədar idi?
- Çünki mən də bolqaram. Buna görə qorxurdular. Ötən mövsüm bütün oyunlarda əsas heyət üzvü idim. Amma “Levski” ilə qarşılaşmalarda ehtiyatda qaldım. Rəhbərliklə, o vaxtkı baş məşqçisi Qyoko Hacievski ilə danışdım, amma onlar heç bir səbəb göstərmədilər.