“Bakı”nın son transferi Adamiyanın formasında - FOTO
04.02.2010 - 18:00
“Bakı” Unibank Premyer Liqasının qış “transfer pəncərəsi”nin son günündə daha bir legionerlə güclənib. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son ölkə çempionu bir neçə gündür düşərgəsində olan keniyalı hücumçu Allan Vanqa Vetendenin keçidini rəsmiləşdirib.
Milli komandasının da üzvü olan 25 yaşlı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb. Bununla belə, mövsümün sonunda anlaşmanın şərtlərinə bir daha baxılacaq. Keniyalı “Bakı”da 55 nömrəli formada çıxış edəcək. Bu nömrə gürcü hücumçu Georgi Adamiya qış fasiləsində komandanı tərk edəndən sonra boş qalmışdı. Allan Azərbaycan futbol tarixinə düşdü. O, ölkəmizdə çıxış edən ilk keniyalı futbolçu oldu.
Qeyd edək ki, “Bakı” qış fasiləsində braziliyalılar Venyo ilə Adriano, türkiyəli Gürşad Duymuş, hollandiyalı Adnan Bərəkət, moldovalı Vyaçeslav Sofroni və olimpiya yığmamızın da üzvü olan Əziz Quliyevi transfer edib.

0
0