Berti Foqtsu Kiyevə buraxmayacaqlar?
04.02.2010 - 18:22
Avropa çempionatı-2012-nin final mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi tarix və məkan bəlli olub. Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin oyunları 2010-cu il sentyabrın 3-dən 2011-ci il noyabrın 15-dək keçiriləcək. Gələn il dekabrın 11-də isə Ukraynanın paytaxtı Kiyevdə final mərhələsinə vəsiqə qazanacaq 16 kollektiv arasında püşk atılacaq.
Bu mərasimə yığmamızın baş məşqçisi Berti Foqtsun qatılacağı isə sual altındadır. Belə ki, 63 yaşlı almaniyalı mütəxəssisin də Kiyevdəki tədbirdə iştirak etməsi milli komandamızın seçmə mərhələdəki çıxışından birbaşa asılıdır. Əgər yığmamız qrup mərhələsində birinci yeri tutarsa, yaxud ikinci pillənin sahibi qismində pley-off görüşündə qələbə qazanarsa, Foqtsa Kiyevə getmək nəsib olacaq. Avro-2012-nin final mərhələsi 2 ildən sonra Ukrayna və Polşada gerçəkləşəcək.
Qeyd edək ki, növbəti qitə birinciliyinin seçmə oyunlarının püşkatması fevralın 7-də Polşanın paytaxtı Varşavada təşkil olunacaq. Həmin tədbirə Foqtsla bərabər, AFFA-nın baş katibi Elxan Məmmədov da qatılacaq.

0
0