“Xəzər-Lənkəran”ın son transferi
04.02.2010 - 22:07
“Xəzər-Lənkəran”ın son transferi
Qış “transfer pəncərəsi”nin bağlanmasına bir neçə saat qalmış “Xəzər Lənkəran” nigeriyalı futbolçu Emeka Opara ilə münasibətləri rəsmiləşdirib. Apasport.az saytının klubun saytına istinadən xəbərinə görə, 26 yaşı tamam olmamış mərkəz hücumçusu qış transfer pəncərəsi dövründə cənubluların heyətinə qatdığı dördüncü əcnəbi oyunçu olub.

Bunadək Lənkəran təmsilçisi albaniyalı Elvin Beqiri, estoniyalı Tixon Şışov və braziliyalı Kristian Kabralla müqavilə imzalamışdı. Hündürboylu Emeka artıq bir neçə gün idi ki, komandanın düşərgəsində yer almışdı. Məşqçilər korpusu futbolçunu yoxlama oyunlarında sınaya bilməsə də, nigeriyalının məşqlərdə göstərdiyi oyun ona müqavilə təklif olunması ilə nəticələnib.

Qeyd edək ki, Opara əvvəllər Almaniyanın ünlü “Kayzerslautern” klubunun şərəfini qoruyub. Son iki mövsümü Tunisdə keçirən forvard bundan sonra “Xəzər Lənkəran”ın “ağ-yaşıl” formasını geyinəcək.