Banişevskinin komanda yoldaşı vəfat etdi
05.02.2010 - 17:30
SSRİ yığma komandasının və Moskvanın “Spartak” klubunun sabiq futbolçusu Qalimcan Xusainov vəfat edib. Apasport.az saytının məlumatına görə, ikiqat SSRİ çempionu, üç dəfə SSRİ kubokunun qalibi olan veteran futbolçu bu gün 72 yaşında dünyasını dəyişib. 1967-ci ildə SSRİ idman ustası adını alan tatar hücumçu vurduğu 145 qolla “Qriqori Fedotov” klubunun üzvü olub.
1960-69-cu illərdə SSRİ yığmasında çıxış edən Xusainov 33 oyuna 4 qol vurub. Onun beynəlxalq miqyasda uğurları milli komandada olub. Belə ki, Xusainov 1964-cü ildə Avropa çempionatının gümüş medalını qazanıb, iki il sonra dünya çempionatında 4-cü yeri tutub. Bu, SSRİ yığmasının dünya çempionatları tarixində ən yüksək göstəricisidir. Xusainov İngiltərədə keçirilən həmin mötəbər yarışda futbolçumuz Anatoli Banişevski ilə komanda yoldaşı olub, yığmanın hücum xəttində birgə oynayıb.
Qeyd edək ki, karyerası boyu Bakının “Neftçi” klubuna sadiq olan Banişevski 1997-ci ildə dünyasını dəyişib.

0
0