“Simurq” havayı aldı, pulla satdı
05.02.2010 - 17:56
Gürcüstan milli komandasının futbolçusu Teymuraz Qonqadze Zaqatalanın “Simurq” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, ölkəmizdə çıxış etdiyi vaxt ölkəsinin yığmasında debüt etmiş müdafiəçi bundan sonra vətənində oynayacaq.
2009-cu ilin yayında sərbəst agent qismində "Simurq"a gələn Teymuraz “Olimpi”yə transfer olunub. Onun keçidi üçün xərcə düşən gürcülər məbləği açıqlanmayan pulu artıq zaqatalalıların hesabına köçürüblər.
Qeyd edək ki, Qonqadze 12-si çempionat, 2-si kubokda olmaqla, 14 qarşılaşmada “Simurq”un formasını geyib.

- “Qarabağ”ın sabiq qapıçısı “Göztəpə”də – Rəsmi
- “Qaziantep”in transfer qadağası ləğv edildi
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
0
0