“Bu oyunda “Neftçi” 1 xal qazandı, “Qarabağ” isə 2 xal itirdi” - MÜSAHİBƏ
06.02.2010 - 00:55
Cəmi iki aydan sonra 19 yaşadək futbolçulardan ibarət yığma komandamız Avropa çempionatının elit raundunda mübarizəyə başlayacaq. Türkiyədə keçiriləcək oyunlarda yığmamız İspaniya, Türkiyə və Norveçlə qarşılaşacaq. Artıq komandamız yarışın hazırlığına başlayıb. Fevralın 1-dən etibarən Antalyada təlim-məşq toplanışı keçirən U-19-un hazırlığında futbolçular var gücləri ilə çalışırlar. Həm ilkin mərhələ oyunlarında, həm də hazırkı toplanışda özünü ən yaxşı tərəfdən göstərən futbolçulardan biri də Qara Qarayevdir. “Qarabağ”ın yetirməsi olan müdafiəçi ilə həm toplanış, həm də klub karyerası barədə söhbətləşdik.
- Antalya toplanışı barədə nə deyə bilərsən?
- Bizi apreldə çətin sınaq gözləyir. Bilirsiniz ki, biz Avropa çempionatının elit raundu çərçivəsində İspaniya, Türkiyə və Norveçlə bir qrupda mübarizə aparacağıq. Məqsədimiz həmin yarışa ciddi hazırlaşmaqdır. Toplanış çərçivəsində 3 yoldaşlıq matçı keçirməliyik. Artıq onlardan biri arxada qalıb. Qarşıdakı digər yoldaşlıq görüşlərini yüksək səviyyədə keçirməyə çalışacağıq. Antalya toplanışından başqa, daha iki hazırlıq mərhələsi keçirəcəyik.
- Komanda üçün yaradılan şərait futbolçuları qane edirmi?
- Təbii ki, qaldığımız oteldən tutmuş yeməyimizə qədər hər şey yüksək səviyyədədir. Məşq meydançaları da yaxşıdır. Yəni normal hazırlıq keçmək üçün lazım olan hər cür şərait yaradılıb.
- Məşq prosesi necə, yorucudurmu?
- Xeyr. Yalnız toplanışın ilk günündəki məşqimiz ağır oldu. Bu da bir gün əvvəlki yol yorğunluğu ilə bağlı idi. Qalan məşqlərimiz elə də yorucu keçməyib. Artıq yoldaşlıq oyunlarına başladığımızdan, ağır məşqlərə vaxt yoxdur.
- Komandada əhval-ruhiyyə necədir?
- Yaxşıdır. Hər kəs bura nə üçün gəldiyini yaxşı bilir. Yeganə məqsədimiz elit raunda yaxşı hazırlaşmaq və orada uğurlu çıxış etməkdir. Hamımız bu məqsəd ətrafında birləşmişik. Toplanışdan toplanışa daha da möhkəmləndiyimizi söyləyə bilərəm. Cəmi 20 gün idi ayrılmışdıq. Əksər futbolçular klubda da komanda yoldaşlarıdır. Narahatçılığa səbəb yoxdur.
- Yəqin İsveçrənin “Sent Marqrethen” komandasının qapısından 12 top keçirməyiniz də psixoloji hazırlığa müsbət təsir göstərib?
- Bəli, bu toplanış çərçivəsində ilk oyunumuz idi. Yoldaşlıq oyunlarında nəticə vacib deyil. Əsas olan oyun təcrübəsi qazanmaq, eyni zamanda komandadakı çatışmazlıqları aradan qaldırmaqdır. Oyun yaxşı keçdi. Biz yaratdığımız qol imkanlarının hamısından istifadə edə bilmədik. Bunu edə bilsəydik, hesab 2 qat artıq olardı.
- Elit raunddakı rəqiblər haqqında nə deyə bilərsən? Yığmamız yüksək nəticə qazana bilərmi?
- Birinci seçmə mərhələdə də çətin rəqiblərlə üz-üzə gəldik. Heç kim elit raunda yüksəlməyə favoritlərdən olan Polşanı, eləcə də təşkilatçı ölkənin yığması olan İsraili məğlub edəcəyimizi gözləmirdi. Ancaq biz bunu bacardıq. Yəni bu, futboldur. Top yumru, meydan düz. Nəticəni meydanda qazanırlar, kağız üzərində yox. Təbii ki, elə güclü komandaları məğlub etmək bizdə özünəinamı artırıb. Əsas olan istəkdir. Qarşına konkret məqsəd qoymusansa və buna doğru əzmlə can atırsansa, mütləq qarşılığını görəcəksən.
- Bu üç komandadan hansınınsa oyununu izləmisənmi?
- Yanvarda Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə Türkiyə yığmasının U-18-i bizimlə bir qrupda mübarizə aparırdı. Bu futbolçulardan cəmi 3-4-ü elit raundda bizlə qarşılaşacaq komandaya cəlb ediləcək. Amma oyun üslübları eynidir. Onlar rəqibin kimliyindən asılı olmayaraq meydana qələbə qazanmaq üçün çıxırlar. 90 dəqiqə əzmlə vuruşurlar. Məğlub olmağı sevmirlər. Təbii ki, biz də ancaq qələbə haqqında düşünürük. İspaniyaya gəldikdə, onlar çox texnikalı komandadır. Qısa ötürmələrə üstünlük verirlər. Norveç futbolçuları isə həmişə atletik cəhətdən güclü olublar.
- Yığmamız elit raundda nəticə qazanmağa hazırdırmı?
- Artıq Azərbaycanın bayrağını dalğalandırmağın zamanıdır. Hamımız ölkənin iddialı komandalarında çıxış edirik. Ona görə də, elit raund bizim üçün çox əhəmiyyətlidir. Yəni yığmanın formasını geyindiyimizə görə fəxr etməliyik. İstər U-15, istərsə də əsas yığma eyni ölkəni təmsil edir. 9 milyonluq xalqımız millinin uğurunu gözləyir.
- Daim U-19-un toplanışlarında iştirak edir, oyunlarda meydana çıxırsan. Özündə artım hiss edirsəni?
- Əlbəttə, var. Ancaq bundan da çox işləmək lazımdır.
- Sən yığmanın formasını geyinən tək-tük futbolçulardansan ki, öz klubunda əsas heyətin məşqlərində iştirak edirsən...
- Klub bizim ikinci evimizdir. Qış fasiləsində də yaxşı hazırlıq keçirdik. Bildiyiniz kimi, “Qarabağ” fasilədə Türkiyədə oldu. Perspektivli oyunçular əsas komandaya cəlb edilmişdi. Onlardan biri də mən idim.
- Əsas komandada oynamağa hazırsanmı?
- Əvvəllər bunu deyə bilməzdim. Amma bu gün özümü hazır sayıram. Şansımı gözləyirəm. Baş məşqçi nə vaxt məsləhət bilsə, meydana çıxıb komandamın uğurları üçün çalışacam. Sözsüz ki, bu yaşda əsas komandaya cəlb edilmək uğurdur. Lakin bununla kifayətlənmək olmaz. Üzərimdə çox çalışmalı və vaxtımı gözləməliyəm. İstənilən halda təcrübəli futbolçularla məşq etmək də faydalıdır.
- “Qarabağ” Türkiyə toplanışı çərçivəsində bir neçə yoldaşlıq oyununda qüvvəsini sınadı. Bu oyunlarda meydana çıxdınmı?
- Antalyada komanda gün ərzində bəzən iki oyun keçirirdi. Belə olan halda baş məşqçi fərqli heyətlərə şans verirdi. “Anji” və “İrtış”a qarşı görüşlərdə meydana çıxdım.
- Həyəcan var idimi?
- Komandada elə ab-hava yaradılıb ki, orada heç kim özünü yalnız hiss edə bilməz. Mən də meydanda yeni olduğumu hiss etmədim. Verilən şansı doğrultmağa çalışdım. Səhvə yol versən də, səni həvəsdən düşməyə qoymurlar. Həm də beynəlxalaq oyunlarda çox iştirak etdiyimizdən hansısa həyəcandan danışmağa ehtiyac yoxdur. Məşqlərdə çox işləmək lazımdır. Çatışmayan cəhətlərimiz var, onları aradan qaldırmalıyıq.
- Özündə hansı çatışmazlıqları qeyd edə bilərsən?
- Bunu kənardan baxanlar deyə bilər. Əsas irad kimi boyumun balaca olmasını bildirirlər. Məqsədim hazırlığımı get-gedə artırmaqdır.
- “Qarabağ” fasilədən sonra keçirdiyi ilk oyunda “Neftçi” ilə xalları yarı böldü. Komandan üçün bu nəticə gözlənilən idimi?
- Məncə, bu oyunda “Neftçi” 1 xal qazandı, “Qarabağ”sa iki xal itirdi.
- Bəs məqsədin nədir?
- Təbii ki, əvvəlcə “Qarabağ”ın əsas heyətinə düşmək və komanda ilə çempionluğu bayram etməkdir. Bundan sonra karyeramı ölkə xaricində davam etdirməkdir.
- Xarici klublardan hansıların oyunlarını izləyirsən?
- “Barselona”, “Milan” kimi komandaların oyunlarını mütəmadi izləyirəm.
- Müdafiəçilərdən kimləri fərqləndirə bilərsən?
- Öz mövqeyimə uyğun olaraq Fabio Kannavaro, Alessandro Nesta və Paolo Maldininin adlarını qeyd edə bilərəm. Cinal müdafiəçilərdən isə Karlos və Alvesin oyununa həvəslə baxıram.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0