Ruslar Avro-2012-də milli komandamızdan çəkinirlər
06.02.2010 - 10:58
Ruslar Avro-2012-də milli komandamızdan çəkinirlər
Sabah Polşanın paytaxtı Varşavada AÇ-2012-nin seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə 15:00-da başlanacaq tədbir bütün qitənin diqqət mərkəzinə düşüb. Müxtəlif ölkələrdə öz yığmalarının potensial rəqiblərini götür-qoy edir, ideal və arzuolunmaz rəqiblərin adlarını açıqlayırlar.

Təbii ki, ən güclülərin yer aldığı I səbət komandaları üçün rəqiblərin ciddi fərqi yoxdur. Çünki daha güclü olduqlarından, onlar aşağı səbətlərdəki komandalardan çəkinmirlər. Buna baxmayaraq yaxşılar arasında ən zəiflərdən olan Rusiya yığması ideal rəqiblər arzusuna düşüb. Rus həmkarlarımız 2-6-cı səbətləri araşdıraraq, ən münasib komandaların kim olduğunu müəyyənləşdirmək qərarına gəlib. Onlar yığmamızın yer aldığı sonuncu səbətə də toxunub və əsasən milli komandamıza toxunub: “Sonuncu səbətdə ən zəif yığmalar yer alıb. Onların da heç biri Avro-2012-yə vəsiqəyə iddiaçı adlandırmaq olmaz. Maraqlıdır ki, onlar arasında guruldayan Azərbaycan yığması da var. Cənublular alman məşqçi Berti Foqtsun dəvətinə böyük pullar xərcləyiblər. Yəqin ki, Azərbaycan səbətdəki digər komandalardan güclüdür. Onlar arasında ən zəifi isə şübhəsiz ki, San-Marinodur”.

Qeyd edək ki, DÇ-2010-nun seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan rusiyalılar 2 xal itkisi ilə barışmalı olmuşdu. Milli komandamız Moskvada 0:2 hesabı ilə uduzsa da, Bakıda 1:1 hesablı heç-heçəyə imza atmışdı.