Azərbaycanlı iş adamı Fatih Təkkənin transferinə qarışdı
06.02.2010 - 11:47
Türkiyə milli komandasının sabiq futbolçusu Fatih Təkkənin “Trabzonspor”a keçə bilməməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçunun özü karyerasını yenidən Rusiyada davam etdirmək istəyib. Onun ötən ilədək çıxış etdiyi “Zenit” klubu Fatihin Trabzon təmsilçisinə qayıdışına xeyir-dua versə də, futbolçu “Rubin” variantına üstünlük verib.
“Trabzonspor”un prezidenti Sadri Şener Təkkə ilə bağlı danışıqların təfərrüatını açıqlamaqla bu işdə azərbaycanlı imzasının olduğunu bildirib: “Fatihə uğurlar arzulayıram. O, futbolçu karyerasını orada bitirmək qərarına gəldi. Uzun müddət gündəmdə qaldı. Təkkə ilə bağlı məsələdə azərbaycanlı bir iş adamının köməyi dəymişdi. Məhz onun vasitəsilə futbolçunun klubu “Zenit”lə anlaşmışdıq. Rusiya klubunun prezidenti bizi əmin etmişdi ki, Fatih bizim komandaya keçəcək. Sonda vəziyyətin belə bir nöqtəyə gəlməsi isə Fatihin istəyindən xəbər verir”.

0
0