Azarkeşlərin avtobusuna silahlı hücum: 1 ölü, 2 yaralı
06.02.2010 - 12:30
Argentinanın “Rosario Sentral” futbol klubunun avtobusuna naməlum şəxslər tərəfindən hücum edilib. Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə azarkeşlərlə dolu avtobusun Argentinanın paytaxtı Buenos-Ayresdən qayıtdığı vaxt baş berib.
Həmin şəhərdə “Rosario Sentral” “Urakan”la oyun keçirib. Matçdan sonra yolda ikən avtobus avtomat silahlardan atəşə tutulub. Nəticədə komandanın 14 yaşlı azarkeşi başından aldığı 3 güllə yarasından yerindəcə keçinib. 28 və 42 yaşlarında olan daha 2 fanat isə yaralanıb. Onların da həyatı təhlükə altındadır.
Olayın “Rosario Sentral”ın digər fanat qruplaşması tərəfindən törədildiyi güman olunur.

0
0