Luis Felipe Skolarini Azərbaycana göndərdilər
06.02.2010 - 13:14
Portuqaliya milli komandasının futbolçusu Deku yığma karyerasını bitirməklə bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi CAR-da keçiriləcək dünya çempionatının final mərhələsindən sonra bir daha milli forma geyməyəcəyini açıqlayıb.
2002-ci ildə Portuqaliya pasportu alan və 2003-cü ildən etibarən yığmanın şərəfini qoruyan Dekunun qərarı bütün ölkədə müzakirələrə yol açıb. Yarımmüdafiəçinin qərarına münasibət bildirənlər sırasında millinin sabiq baş məşqçisi, braziliyalı Luis Felipe Skolari də olub. O, Portuqaliyanın ən məşhur idman qəzetlərindən olan “A Bola”ya açıqlamasında Dekunun gedişlə bağlı qərarı haqda fikirlərini bildirib.
Lakin Özbəkistanın “Bunedkor” klubunda çalışan mütəxəssisin dediklərindən daha maraqlısı onun necə təqdim olunmasıdır. 1945-ci ildən dərc olunan, artıq 16 ildir gündəlik işıq üzü görən “A Bola” Skolarini belə qələmə verib: “Hazırda Azərbaycan çempionu olan “Bunedkor” klubunu çalışdırır. Bu komanda indi Dubayda təlim-məşq toplanışındadır. Onlar fevralın 23-də başlayan Asiya Çempionlar Liqasına hazırlaşır”.

- “Qarabağ”ın sabiq qapıçısı “Göztəpə”də – Rəsmi
- “Qaziantep”in transfer qadağası ləğv edildi
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
0
0