“Gəncə” 7-sini göndərdi, 8-ni aldı
06.02.2010 - 13:30
Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Gəncə” klubu qış transfer mövsümündə 8 futbolçu ilə anlaşıb. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, klub Premyer Liqa təcrübəsi olan müdafiəçilər - İlham Yadullayev (“Karvan”), Azər Məmmədov (“Qəbələ”) və Ruslan Hüseynovu (“Turan”) heyətinə qatıb.
Bundan başqa, “Xəzər-Lənkəran”ın əvəzedici heyətindən hücumçu Sabir Allahquluyev, “ABN-Bərdə”dən hücumçu Ruslan Rüstəmov, “Ədliyyə”dən müdafiəçi Nicat Məmmədov, “Şahdağ”dan qapıçılar Vəli və Ruslan Qafarov qardaşları ilə müqavilə imzalanıb.
Əvəzində, “Gəncə” rəhbərliyi 7 futbolçu ilə yollarını ayırıb. Bunlar qapıçı Tariyel Hüseynov, yarımmüdafiəçilər Aqşin Salahov, Mustafa Əsədov, Rövşən Vəliyev, Mübariz Abbasov, Səbuhi Məmmədov və hücumçu Anar Əliyevdir. Gəncəlilər artıq ikinci dövrənin hazırlığına başlayıblar.
Qeyd edək ki, birinci dövrədən sonra “Gəncə” 21 xalla 3-cü pillədə qərarlaşıb.

0
0