Vidiç: “Real”a, yoxsa “Milan”a?
06.02.2010 - 14:54
"Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyusson serb futbolçu Nemanya Vidiçdən bezib. Apasport.az saytının xəbərinə görə, oyunçunun qalmaqalları, yöndəmsiz davranışı və boşboğazlıqla tamahkarlığından bezən məşqçi onun satılacağını bildirib. Vidiç son vaxtlar Madridin "Real"ına keçmək və sabiq komanda yoldaşı Kriştianu Ronaldoya qoşulmaq istəyini gizlətməyib. Ferqyusson da onu buraxmağa hazırdı, amma "Real"a yox.
Şotland çalışdırıcının "kral klubu"na olan dözülməzliyi kimsəyə sirr deyil. Səbəb isə "Real"ın hələ sabiq prezidenti Ramon Kalderonun portəgiz Kriştianu Ronaldonu nəyin bahasına olursa-olsun "Mançester Yunayted"dən transfer etmək istəyi idi. "Real"ın kefinə soğan doğramaq istəyən Ferqyusson serb Vidiçi bu futbolçu üçün 23 milyon avro verməyə hazır olduğunu deyən "Milan"a satmaq istəyir.

- “Qarabağ”ın sabiq qapıçısı “Göztəpə”də – Rəsmi
- “Qaziantep”in transfer qadağası ləğv edildi
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
0
0