Kaka zədəli satılıb?
06.02.2010 - 16:01
Kaka zədəli satılıb?
"Milan"ın vitse-prezidenti Adriano Qalliani komandanın sabiq yarımmüdafiəçisi Kakanın qasıq siniri ilə bağlı ciddi problemləri barədə xəbərləri şərh edib. Apasport.az saytının xəbərinə görə, o, braziliyalı futbolçunun Madrid "Real"ına xroniki zədə ilə satıldığı barədə iddiaları rədd edib: "Kakada xroniki pubalgiya olduğu barədə iddialar yalandı. Biz Kakanı "Real"a satanda onun orqanizmində heç bir fəsad yox idi".