UEFA Azərbaycanla bağlı səhvini düzəltdi - FOTO
07.02.2010 - 14:02
UEFA Azərbaycanla bağlı səhvini düzəltdi - FOTO
Futbol Federasiyaları Assosiasiyasının (UEFA) rəsmi saytında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Türkiyə ərazisi kimi göstərilməsi ilə bağlı yanlışlıq düzəldilib. Bu barədə APA-nın Türkiyə bürosuna Türkiyə Futbol Federasiyasından (TFF) məlumat verilib.

Məlumata görə, UEFA-nın saytındakı xəritədə dəyişiklik edilməsi üçün TFF-nın səlahiyyətli nümayəndələri Sürixə xəbərdarlıq göndəriblər.

TFF-dən onu da deyiblər ki, UEFA xəritəsində Naxcıvanın Turkiyə torpağı kimi göstərilməsi yalnız UEFA-nın səhvidir.

Qeyd edək ki, artıq UEFA yanlışlığı aradan qaldırıb, Naxçıvan Muxtar Respublikası Azərbaycanın bir hissəsi kimi göstərilib.