Berti Foqts püşkün nəticəsi barədə nə dedi?
07.02.2010 - 16:30
“Çox maraqlı və güclü qrupda mübarizə aparmalı olacağıq. Almaniyanın favorit hesab olunduğu qrupda Türkiyə yığması da güclüdür. Bu komanda ilə yoldaşlıq oyunu keçirmişik və gücünə bələdik”. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Avro-2012-nin seçmə mərhələsinin püşkatması barəsində fikirlərini bölüşən almaniyalı mütəxəssis bildirib ki, yüksək nəticə qazanmağa çalışacaqlar: “Bütün komandamla, o cümlədən klub məşqçiləri ilə birgə bu qarşılaşmalara ciddi hazırlaşmalı, təlim-məşq toplanışlarını yüksək səviyyədə keçirməliyik. Ən yüksək nəticəni qazanmaqla, azarkeşlərə baxımlı oyun nümayiş etdirməyə çalışacağıq. Milli komandaya dəstək olacaqlarına görə onların hər birinə əvvəlcədən dərin minnətdarlığımı bildirir və “çox sağ olun” deyirəm”.
Qeyd edək ki, yığmamız Avro-2012-nin seçmə mərhələsinin A qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstanla yarışacaq.

0
0