Milli komandamız “Bayer”i məğlub etdi
07.02.2010 - 16:41
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Bayer” (Leverkuzen) klubu ilə yoxlama oyunu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bernard Lippertin yetirmələri rəqibini 3:1 hesabı ilə üstələyib. Milli komandamızın qollarına Kamran Abdullazadə, Nurlan Əhmədov və Qurbanəli Əliyev imza atıb.
0
0