Advokat: Azərbaycan yığması istənilən rəqibə başağrısı olacaq
07.02.2010 - 16:59
Advokat: Azərbaycan yığması istənilən rəqibə başağrısı olacaq
Belçika yığmasının baş məşqçisi Dik Advokat final mərhələsi 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının püşkatmasına münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, milli komandamızla A qrupunda yarışacaq belçikalıların çalışdırıcısı Azərbaycan barədə də açıqlama verib: “Bizim qrupda zəif komanda yoxdur. Azərbaycan və Qazaxıstan yığmaları istənilən rəqibə baş ağrısı olacaq”.

Holland mütəxəssis vurğulayıb ki, Azərbaycan və Qazaxıstan yığmaları öz meydanlarında daha yaxşı oynayırlar: “Ümumilikdə, qrupumuzdan hər bir komanda final mərhələsinə yüksələ bilər”.