“AFFA rəhbərliyi də belə düşünür ki, çətin qrupa düşmüşük”
07.02.2010 - 17:10
“Milli komandamız azarkeşlər üçün ən maraqlı qrupa düşüb. Yenidən Almaniyanı sınağa çəkəcəyik, qardaş Türkiyənin komandası ilə görüşəcəyik. Avstriya, Belçika və Qazaxıstan yığmaları ilə də yaxın keçmişdə oynamışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov Polşada keçirilən Avro-2012-nin seçmə mərhələsinin püşkatma mərasimindən sonra deyib.
Yığmamızın baş məşqçisi Berti Foqtsla birgə tədbirə qatılan Məmmədovun fikrincə, seçmə mərhələdə çətin qrupa düşmüşük: “AFFA rəhbərliyinin münasibətini sizə çatdırıram ki, milli komandamız çətin qrupda yer alıb. Mərasimdən sonra Berti Foqtsla da fikir mübadiləsi apardım, o da məhz belə düşünür. Lakin biz layiqli mübarizə aparmağa çalışacağıq. Milli komandamız seçmə oyunların startınadək, yəni sentyabradək təlim-məşq toplanışları keçəcək, yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Bir sözlə, bütün gücümüzü toplayıb, ölkəmizi layiqincə təmsil etməyə, azarkeşlərə qələbə sevincləri yaşatmağa çalışacağıq”.
“Sizcə, qrupda neçənci yeri tutacağıq” sualına isə baş katibin cavabı belə olub: “Hazırda bu, ən çətin sualdır. Təbii ki, komandamızın yüksək pillələrdə qərarlaşmasını istəyirik”.
Qeyd edək ki, milli komandamızın rəqibləri Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstandır.

0
0