“Berti Foqtsa qarşı oynamaq çox maraqlı olacaq”
07.02.2010 - 17:11
“Berti Foqtsa qarşı oynamaq çox maraqlı olacaq”
Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork Avro-2012-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, almaniyalı məşqçi bildirib ki, həmyerlisi – millimizin çalışdırıcısı Berti Foqtsla qarşılaşacağından məmnundur: “Yer aldığımız qrup çox çətindir. Şübhəsiz ki, qrupun favoritləri Türkiyə və Almaniyadır. Bununla belə, digər kollektivləri də yaddan çıxartmaq olmaz. Bizim komandamız gənclərdən qurulub və onlar Almaniya və Türkiyə kimi nəhənglərlə oyunlarda özlərini göstərə bilərlər. Almaniyalı məşqçi kimi həmyerlilərim – Berti Foqts və Yoahim Lövə qarşı oynamaq çox maraqlı olacaq”.