Rail Məlikovun proqnozu: 9 xal!
07.02.2010 - 17:33
“Milli komandaya və baş məşqçimizə inanıram. Püşkün nəticəsini qənaətbəxş sayıram. Bu komandalarla nəinki ancaq xal, hətta qələbə üçün də oynamaq olar”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının futbolçusu Rail Məlikov deyib.
“Neftçi” klubunun şərəfini qoruyan müdafiəçi Avropa çempionatının püşkatmasının nəticəsini dəyərlənidirib. Onun sözlərinə görə, yığmamız qrupda 9 xal toplaya bilər: “Mənim proqnozum belədir, 9 xal toplaya bilərik. Amma milli komandamızın final mərhələsinə çıxacağı barədə proqnoz verə bilmərəm”.
Qeyd edək ki, milli komandamız Avropa çempionatının seçmə mərhələsində Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstanla mübarizə aparacaq.
Mənbə: extratime.az

0
0