Hakan Ünsal: Azərbaycan yığması bizə müqavimət göstərəcək
07.02.2010 - 17:49
Hakan Ünsal: Azərbaycan yığması bizə müqavimət göstərəcək
“Bizim əsas rəqibimiz Almaniya yığmasıdır”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə milli komandasının sabiq futbolçusu Hakan Ünsal deyib.

Avropa çempionatının püşkatmasına münasibət bildirən türk futbolçu bəyan edib ki, vaxtilə şərəfini qoruduğu komandanın Avro-2012-nin final mərhələsinə düşmək şansı var: “İndi bütün ölkələrdə futbol inkişaf edir. Hətta Azərbaycan və Qazaxıstan yığmaları da bizə müqavimət göstərəcək”.

Xatırladaq ki, Türkiyə yığması Avropa çempionatının seçmə qrup mərhələsində milli komandamızla yanaşı, Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstanla qüvvəsini sınayacaq.