“Azərbaycan yığması əsəblərimizlə oynaya bilər”
07.02.2010 - 18:01
“Azərbaycan yığması əsəblərimizlə oynaya bilər”
“Bizim qrupda Almaniya və Türkiyə kimi güclü komandalar var. Belçika da yaxşı komandadır. Azərbaycan və Qazaxıstana gəlincə, bu komandalar bizim əsəblərimizlə oynaya bilərlər”. Apasport.az saytının xəbərinə görə, bunu Avstriya millisinin baş məşqçisi Dietmar Konstantini deyib.

Avro-2012-nin seçmə qrup mərhələsinin bu gün keçirilən püşkatma mərasimindən sonra Açıqlama verən mütəxəssis bildirib ki, əgər bu komandalar indi yaxşı vəziyyətdə olmasalar belə, başçılıq etdiyi yığmaya qarşı sonadək mübarizə aparacaq: “Bununla belə, bizim hədəfimiz dəyişmir. Avstriya final mərhələsində oynamaq niyyətindədir”.