Löv: Azərbaycan və Qazaxıstana getmək heç də asan deyil
07.02.2010 - 18:12
Löv: Azərbaycan və Qazaxıstana getmək heç də asan deyil
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Avropa çempionatının püşkatmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, rəhbərlik etdiyi yığma ilə Türkiyə millisini qrupun favoriti sayan alman çalışdırıcı qeyd edib ki, indidən qitə birinciliyinin Polşa və Ukraynada təşkil olunacaq final mərhələsi barədə düşünür: “Mən artıq indidən final mərhələsi barədə düşünürəm. Püşk məni həm təəccübləndirdi, həm də sevindirdi. Çünki Azərbaycana və Qazaxıstana getmək heç də asan deyil".