“Bakıdakı matç Türkiyə milli komandası üçün çox çətin olacaq”
07.02.2010 - 18:34
“Bakıdakı matç Türkiyə milli komandası üçün çox çətin olacaq”
“Türkiyə və Azərbaycan milli komandalarının Avro-2012-nin seçmə mərhələsində eyni qrupa düşməsi məni çox sevindirdi. Azərbaycan yığmasının budəfəki yarışda uğurlu nəticə qazanacağına ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun baş məşqçisi, Türkiyə milli komandasının sabiq müdafiəçisi Bülənt Korkmaz deyib.

Onun fikrincə, “ay-ulduzlular” Bakıda keçiriləcək matçda çətinliklə üzləşəcəklər: “Hansı ölkədə çıxış etməsindən asılı olmayaraq, hər iki komanda öz meydanında oynamış kimi təsir bağışlayacaq. Bakıdakı görüş Türkiyə komandası üçün çox çətin keçəcək. Nəticənin necə olacağını isə deməyə çətinlik çəkirəm”.

Qeyd edək ki, milli komandamız A qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstana qarşı mübarizə aparacaq.