Ponomaryovun komandası uduzdu
07.02.2010 - 19:17
Azərbaycan yığmasının sabiq futbolçusu Anatoli Ponomaryovun şərəfini qoruduğu Türkiyənin “Orduspor” klubu Bank Asiya I liqasında növbəti matçını keçirib. Apasport.az saytının xəbərinə görə, futbolçumuzun komandası səfərdə “Kayseri Ərciyyəspor”la qarşılaşıb. Hesabı “Orduspor” açsa da, sonda komanda xalsız qalıb – 2:3.
0
0