Vaqif Cavadovun komandası darmadağınla üzləşdi - YENİLƏNİB
07.02.2010 - 21:29
Vaqif Cavadovun komandası darmadağınla üzləşdi - YENİLƏNİB
Bu gün Hollandiya çempionatında 22-ci turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” klubu səfərdə “Ayaks”la qarşılaşıb. Hələlik Enshede təmsilçisinin heyətində debüt edə bilməyən Cavadovu baş məşqçi Stiv Maklaren yenə də meydana buraxmayıb.

“Ayaks” – “Tvente” – 3:0
QOLLAR: Demi Zeuv, 22; Marko Panteliç, 44; Denis Rommedal, 75

Qeyd edək ki, Hollandiya çempionatına 22 oyundan 58 xal toplayan PSV başçılıq edir. “Tvente” 55 xalla ikinci, “Ayaks” isə 49 xalla üçüncü yerdədir.