“Azərbaycanla görüşlər vacib olmayacaq”
08.02.2010 - 10:32
“Azərbaycanla görüşlər vacib olmayacaq”
Türkiyə milli komandasına 2002-ci ildə dünya çempionatının bürünc medallarını qazandıran Şenol Günəş Avro-2012-nin püşkünə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, təcrübəli mütəxəssis ölkəsinin asan qrupa düşdüyünü, hətta qitə çempionu ola biləcəyini iddia edib.
“Biz əvvəl də Almaniya ilə qarşılaşmışdıq. Bu qrupdan Türkiyə asanlıqla final mərhələsinə çıxa bilər. Biz nə üçün dünya və avropa çempionu olmayaq? Özümüzə inamımız bunun üçün yetərlidir” – deyə Günəş vurğulayıb.

Türkiyə yığmasının digər sabiq çalışdırıcı Ərsun Yanal isə vurğulayıb ki, qrupdakı rəqiblər tanışdır: “Final mərhələsinə qatılmaq üçün yaxşı şansımız var. Biz yaxşı komandayıq. Almaniya, Avstriya və Belçika ilə görüşlər turnir cədvəli baxımından vacib əhəmiyyət daşıyacaq. Amma Azərbaycan və Qazaxıstanla oyunlar yox”.