Yığmamızın Türkiyə ilə oyununu hansı telekanal göstərəcək?
08.02.2010 - 10:53
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin A qrupu çərçivəsində Türkiyə və Azərbaycan milli komandaları arasında keçiriləcək matçın yayım hüququnun sahibi bu gün müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, bununla bağlı Türkiyə Futbol Federasiyası bu gün tender elan edəcək. Tenderdə “ay-ulduzlular”ın təkcə Avro-2012-də deyil, Dünya çempionatı-2014-ün də seçmə oyunlarını Türkiyə daxilində və xaricində yayımlayacaq telekanalın adı məlum olacaq.
Qeyd edək ki, türklər qrupda yığmamızla yanaşı, Almaniya, Avstriya, Belçika və Qazaxıstanı da qəbul edəcək. Seçmə görüşlər bu ilin sentyabrından gələn ilin noyabrınadək gerçəkləşəcək.
Qeyd edək ki, türklər qrupda yığmamızla yanaşı, Almaniya, Avstriya, Belçika və Qazaxıstanı da qəbul edəcək. Seçmə görüşlər bu ilin sentyabrından gələn ilin noyabrınadək gerçəkləşəcək.
0
0