Del Pyero prezident olacaq
08.02.2010 - 11:08
Del Pyero prezident olacaq
İtaliya mili komandasının futbolçusu Alessandro del Pyero hazırda şərəfini qoruduğu “Yuventus”un prezidenti ola bilər. Apasport.az saytının məlumatına görə, bunu Turin klubunun sabiq hücumçusu Campero Boniperti deyib.

“Rəhbərlikdə yer almaq üçün del Pyeronun bütün keyfiyyətləri var. O, “Yuventus”un prezidenti vəzifəsinə də yüksələ bilər. Del Pyeronu bu vəzifədə görsəydim, xoşbəxt olardım” - deyə Boniperti vurğulayıb.

Qeyd edək ki, Alessandro 1993-cü ildən indiyədək “Yuventus”un şərəfini qoruyur.