Gülümsəyin, cənab Foqts, gülümsəyin! - FOTO
08.02.2010 - 11:49
Gülümsəyin, cənab Foqts, gülümsəyin! - FOTO
Avro-2012-nin seçmə mərhələsinin püşkatma mərasimindən sonra eyni qrupda yer alan komandaların baş məşqçiləri birgə şəkil çəkdiriblər. Apasport.az saytının məlumatına görə, fotoobyektiv önünə keçənlər arasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts da olub. 63 yaşlı mütəxəssis Yoahim Löv (Almaniya), Ditmar Konstantini (Avstriya) və Dik Advokatla (Belçika) şəkil çəkdirib.

Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork tədbirə qatılmadığından, Türkiyə komandasının isə ümumiyyətlə baş məşqçisi olmadığından, fotolarda A qrupunu təmsil edən cəmi 4 çalışdırıcını görmək mümkündür.

Özü də püşk zamanı üzündən təbəssüm əskik olmayan Foqts fotoqrafların qarşısında tam fərqli nəzərə çarpıb. Həm baş məşqçilərlə söhbətdə, həm də şəkil çəkdirəndə, onun üzü qayğılı olub.