“Foqts Almaniyada görülən işi indi Azərbaycanda təkrarlamağa çalışır”
08.02.2010 - 12:15
“Çox maraqlı qrupa düşmüşük. Əslində, hər şey mənim gözlədiklərimlə üst-üstə düşdü. Gənc yığmamızın mümkün qədər çox sayda güclü rəqiblə oynaması yaxşı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti, Milli Komandalar Departamentinin rəisi Viktor Katkov deyib.
O, 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Katkov Azərbaycan yığması ilə oyunların alman mütəxəssislərin qarşıdurması baxımından maraq doğurduğunu söyləyib: “Avro-2008-də ilk “dördlüy”ə düşən Almaniya ilə Türkiyə qrupumuzun favoritləri olacaq. Azərbaycan yığmasını isə bizimki kimi alman məşqçi çalışdırır. Bir sözlə, bizi alman məşqçilərin qarşıdurması gözləyəcək. Hazırda Azərbaycanda çalışan Berti Foqtsun Bundestimə rəhbərlik etdiyi vaxtlarda alman futbolu sanki “yatmışdı”. Belə vəziyyətdə almaniyalılar düzgün qərar qəbul edib uşaq futbolundan başlayaraq, hər şeyi dəyişməyi lazım bildi. Nəticədə onlar inkişafın yeni mərhələsinə qədəm qoydu. İndi Foqts buna bənzər işi Azərbaycanda görür. Bizim də strategiya Azərbaycandakına çox bənzəyir. Elə bunun özü də Azərbaycanla oyunlarımıza əlavə maraq gətirəcək”.
Qeyd edək ki, seçmə mərhələnin A qrupunda Azərbaycan və Qazaxıstanla yanaşı, Almaniya, Türkiyə, Avstriya və Belçika yığmaları da mübarizə aparacaq.

0
0