Mübariz Mənsimovun siyahısında olan məşhur futbolçular...
08.02.2010 - 12:23
Mübariz Mənsimovun siyahısında olan məşhur futbolçular...
“Çelsi” klubunun sahibi, rusiyalı iş adamı Roman Abramoviçlə dost olan azərbaycanlı biznesmen Mübariz Mənsimov mövsümün sonunda “Beşiktaş”a ulduz futbolçu gətirəcəyini bəyan edib. Apasport.az saytının xəbərinə görə, “Xəzər-Lənkəran”ın sahibi Deko, Maluda və ya Kalu kimi futbolçulardan birini İstanbul təmsilçisinin heyətinə qatmağı düşünür: “Beşiktaş”a bir dünya ulduzu hədiyyə edəcəm. “Çelsi”nin sahibi Abramoviçlə yaxın dostuq. Həm birgə iş görürük, həm də yaxın münasibətlərdəyik. Mövsümün əvvəlində Dekunu “Beşiktaş”a gətirmək üçün mənə yardım etməsini istəmişdim. Lakin klubun baş məşqçisi dəyişdikdən sonra futbolçu da orada qalmaq istədi və bu səbəbdən transfer alınmadı. İndi vəziyyət fərqlidir. Yeni mövsümdə “Çelsi”dən dünya ulduzu olan futbolçulardan birini “Beşiktaş”a gətirəcəyik”.

Türkiyə mətbuatı Deku, Maluda və Kalu arasında seçim ediləcəyini, Kalunun digər futbolçularla müqayisədə İstanbula gətirilmə şanslarının daha çox olduğunu yazıb.

Mənbə: milli.az