“Azərbaycan səfəri yorucu olsa belə, xal itirməməliyik”
08.02.2010 - 12:44
“Azərbaycan səfəri yorucu olsa belə, xal itirməməliyik”
“Almaniya ilə eyni qrupa düşmək ürəyimcə oldu. Axı bizi onlarla çox şey birləşdirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının futbolçusu Kristian Fuks deyib.

Almaniyanın “Bohum” klubunda legioner həyatı yaşayan futbolçu Avro-2012-nin seçmə mərhələsinin püşkatmasından razı qalıb. Avstriya mətbuatına açıqlamasında Fuks Bakı səfərinə də toxunub: “Şübhəsiz ki, qrupumuzun favoritləri Almaniya ilə Türkiyədir. Lakin DÇ-2010-nun seçmə oyunlarında Fransa və Rumıniyanı məğlubiyyətə uğratmaqla sübut etdik ki, biz də çox şeyə qadirik. Bizim Avropa çempionatına çıxmaq şansımız da var. Belçikanın 4-cü səbətdə olması məni çox təəccübləndirdi. Onlar futbol ölkəsidir və qiymətləndirilməyə layiqdir. Final mərhələsinə çıxmaq istəyiriksə, Azərbaycan və Qazaxıstanla oyunları mütləq udmalıyıq. Həmin ölkələrə səfərlər yorucu olsa belə, bunu etməliyik”.