Rıdvan Dilmən: Azərbaycan yığması ilə oyunlarda rahat 6 xal götürə bilərik
08.02.2010 - 12:56
Rıdvan Dilmən: Azərbaycan yığması ilə oyunlarda rahat 6 xal götürə bilərik
“Qus Hiddink Türkiyə yığmasının baş məşqçisi postuna gətirilərsə, hər şey daha yaxşı olacaq. Çünki o, həm Almaniya, həm də Azərbaycan milli komandalarının oyun üslubuna bələddir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının və “Fənərbaxça”nın sabiq futbolçusu Rıdvan Dilmən deyib.

Hazırda futbol şərhçisi işləyən 48 yaşlı sabiq yarımmüdafiəçi Avro-2012-nin seçmə mərhələsinin püşkü barədə fikirlərini açıqlayıb: “Belçika son seçmə mərhələdə bizimlə bir qrupa düşdüyündən, onların da oyunlarını bilirik. Məncə, Azərbaycanın qrupda yer alması bizim üçün xoş məqam sayılmalıdır. Yəni, rahat 6 xal götürə bilərik. Ümumiyyətlə qrupu lider kimi tamamlamaq şansımız var”.

Qeyd edək ki, milli komandamız A qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstana qarşı mübarizə aparacaq.