Kamran Ağayev: №1
08.02.2010 - 14:17
Kamran Ağayev: №1
Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev 2009/10 mövsümünün ilk yarısında “Xəzər-Lənkəran”ın ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, klubun rəsmi internet saytının oxucuları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən 24 yaşlı qapıçı komanda yoldaşlarının hamısını arxada qoyub. Kamran ümumilikdə 558 respondentin iştirak etdiyi sorğuda səslərin 32 faizini toplayıb. Qapıçıya 178 nəfər səs verib. “Xəzər-Lənkəran”ın braziliyalı futbolçusu Mario Souza isə Ağayevdən 28 səs az toplayaraq ikinciliklə barışmalı olub. Üçüncü yerlə kifayətlənən moldovalı Denis Kalinkova 84 azarkeş səs verib.