Türkiyə - Azərbaycan matçı NTV-də
08.02.2010 - 15:19
Avro-2012-nin seçmə mərhələsinin A qrupunda keçiriləcək Türkiyə - Azərbaycan qarşılaşmasını NTV telekanalı yayımlayacaq. Apasport.az saytının məlumatına görə, adıçəkilən telekanalın rəhbərliyi bu hüquqa sahib çıxmaqdan ötrü külli miqdarda pul xərcləyib. “Ay-ulduzlular”ın Avro-2012 və DÇ-2014-ün seçmə mərhələsində evdə keçirəcəkləri oyunları Türkiyə daxilində və xaricdə yayımlamaq üçün NTV bu ölkənin futbol federasiyasına 28 150 000 ABŞ dolları ödəyəcək.
Maraqlıdır ki, yayım hüququ əvvəlki ilə müqayisədə, təxminən 2 dəfə baha satılıb. Türkiyə komandasının Avro-2008 və DÇ-2010-un seçmə mərhələsindəki ev oyunlarının ümumi dəyəri 15 050 000 dollar olmuşdu.
Qeyd edək ki, milli komandamızın Türkiyə ilə səfər görüşünün dəqiq tarixi gələn həftə müəyyənləşəcək. Oyun 2010-cu ilin sentyabrından 2011-ci ilin oktyabrınadək olan aralıqda keçirilməlidir.

0
0