Ağasəlim Mircavadov: İlk oyunu Bakıya salmaq lazımdır
08.02.2010 - 16:11
“Yığmamız seçmə mərhələdə ağır qrupa düşüb. Almaniya favoritdir, üstəlik, Türkiyə yığması da var. Avstriya və Belçikanı da unutmaq olmaz. Belçikalılar indi-indi özlərinə gəlirlər. Neçə vaxtdır final mərhələlərinə çıxa bilmirdilər. Bu yığmaların hamısı futbol ölkələrini təmsil edirlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Avro-2012-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirən 63 yaşlı mütəxəssis Azərbaycan milli komandasının yer aldığı A qrupunu dəyərləndirib: “Lakin onlarla oynamağın mümkünsüz olduğunu söyləmək də düzgün deyil. Ümumiyyətlə, rəqiblər haqqında düşünməzdən əvvəl hazırlaşmaq lazımdır. Rusiya ilə qarşılaşmada olduğu kimi. Həm də komandanın özünün oyunu, taktikası olmalıdır. Millimizdən neçənci yer gözləməyi söyləmək çətindir. Buna təsir edə biləcək 1-2 amil var ki, onlara fikir vermək lazımdır”.
Mircavadovun sözlərinə görə, seçmə mərhələdəki uğurlu çıxış üçün ən vacib amillərdən biri də təqvimdir: “Təqvimin necə qurulmasına diqqət yetirmək lazımdır. Təqvim tərtib olunarkən cüt oyunlardan uzaq olmaq yaxşıdır. Çünki 1 həftəyə 2 oyun keçirmək ağırdır. Bundan başqa mərhələyə harada və kiminlə başlamaq da az əhəmiyyət kəsb etmir. Sentyabr bizim üçün yaxşı aydır. Həmin vaxt həm çempionat təzə başlamış olur, həm də avrokuboklar vaxtı futbolçular da yaxşı formada olur. Gücləri də yetərincə. Buna görə ilk oyunu öz meydanımıza salmaq lazımdır ki, mərhələyə qələbə ilə başlamaq mümkün olsun. Oyunlara 3 xalla başlamaq futbolçularda da ruh yüksəkliyi yaradıb, özünəinamı artırar. Razılaşsalar, Qazaxıstanla qarşılaşmaq olar. Təqvim hazırlanarkən noyabrda oyun olmamasına çalışmaq lazımdır”.
Qeyd edək ki, Mircavadov yığmamızın seçmə mərhələlərdə ilk baş məşqçisi olub. O, millimiz üçün birinci seçmə mərhələ olan AÇ-1996-nın ilk 8 oyununda komandaya rəhbərlik edib.

0
0