Türkiyə yığmasını Bakıya dünya şöhrətli məşqçi gətirəcək
08.02.2010 - 16:19
Türkiyə yığmasını Bakıya dünya şöhrətli məşqçi gətirəcək
Türkiyə milli komandasını 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlara dünya şöhrətli baş məşqçi çıxaracaq. Lent.az-ın məlumatına görə, bu haqda Türkiyə Futbol Federasiyasının (TFF) vitse-prezidenti Lütfi Arıboğan açıqlama verib.

Arıboğan hazırda bu istiqamətdə gərgin işlərin aparıldığını bildirib. O, ictimaiyyətdən bir qədər də səbirli olmağı xahiş edib: “Türkiyə millisi bir dünya markası ilə birlikdə olacaq. TFF belə önəmli məsələlərdə çox diqqətli davranır. Türkiyəyə yaraşan bir sonucla bu işi bitirəcəyimizə inanırıq”.

Qeyd edək ki, seçmə mərhələdə A qrupunda yer alan Türkiyə yığmasının rəqibləri Almaniya, Avstriya, Belçika, Qazaxıstan və Azərbaycandır. Oyunlar bu il sentyabrın 3-də start götürəcək.