“İnter”lə “Olimpik-Şüvəlan” öz meydanında qonaq olacaq
08.02.2010 - 16:23
Hava şəraitinin kəskin dəyişməsi Unibank Premyer Liqasının XIX turu ilə bağlı daha bir dəyişikliyə səbəb olub. Apasport.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi internet saytına istinadən məlumatına görə, Salyanın "Muğan" və Sumqayıtın "Standard" klublarının ev oyunlarının yeri və bununla əlaqədar vaxtı da dəyişdirilib. Hər iki komandanın stadionunda meydançalarının ot örtüyünün yararsız vəziyyətə düşməsi onları başqa arenaya sığınmağa vadar edib. Bu klubların, həmçinin onları qəbul etməyə hazır olan “Şəfa” stadionunun rəhbərliyinin PFL-ə ünvanlanan məktublarını nəzərə alan qurum Salyan və Sumqayıt təmsilçisinin rəqiblərini eyni gündə və eyni stadionda qəbul etməsinə qərar verib.
Qeyd edək ki, “Muğan” və “Standard” klublarının hər ikisi ev oyunlarını “Şəfa”da keçirən komandaları qəbul edəcək. Yəni “Olimpik-Şüvəlan”la “İnter” öz meydanlarında formal qonaq olacaq.
09 fevral (çərşənbə axşamı)
13:00. "Muğan" - "Olimpik-Şüvəlan"
Hakimlər: Azad Mütəllimov, Azər Məmmədov, Elşən Acalov, Elnur Muradov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rüfət Hüseynov
Bakı. "Şəfa" stadionu
18:00. "Standard" - "İnter"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Ramiz Əsədov, Alik Yunusov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov

0
0