Heç kim Berti Foqtsun gününə düşmək istəmir
08.02.2010 - 16:32
Vaxtilə Berti Foqtsun çalışdırdığı Nigeriya milli komandasına baş məşqçi tapılmır. Apasport.az saytının məlumatına görə, indi də hollandiyalı mütəxəssis Lui van Qal bu vəzifədən imtina edib. Almaniyanın “Bavariya” klubuna rəhbərlik edən məşqçi nigeriyalılardan dəfələrlə təklif aldığını söyləyib.
“Həqiqətən də mənə Nigeriyadan dəfələrlə dəvət göndəriblər. Lakin hər dəfə imtina etmişəm. Çünki hazırda bütün diqqətimi “Bavariya”ya yönəltmişəm. Münhen təmsilçisi mənim sonuncu klubum ola bilərdi. Düzdür, gələcəkdə dünya və ya Avropa çempionatına komanda çıxarmaq istərdim” - deyə Lui van Qal vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Nigeriya yığmasının baş məşqçisi postundan Şaybu Amodu istefaya göndərilib. 2008-ci ilin yanvarında isə nigeriyalılar Foqtsa qapını göstərmişdilər. Almaniyalı məşqçinin Afrikadan qalmaqallı şəkildə ayrılmasına səbəb Nigeriya komandasının Millətlər Kubokunda uğursuzluğa düçar olması idi.

0
0