Türk futbolçu məşhur müğənni Sara Konnorun bacısı ilə qol-qola - FOTO
08.02.2010 - 16:37
Türk futbolçu məşhur müğənni Sara Konnorun bacısı ilə qol-qola - FOTO
Almaniya yığma komandasının türkəsilli futbolçusu Məsut Özil ilk dəfə sevdiyi qızla media mənsubları önünə çıxıb. Apasport.az saytının xəbərinə görə, məşhur müğənni Sara Konnorun doğma bacısı olan Anna Maris Lagerblom “Verder” klubunun yaranmasının 111 illik tədbirinə Məsut Özillə birgə qatılıb.

Xatırladaq ki, Məsut Özil Almaniya yığması ilə birlikdə Avropa çempionatının qalibi olduqdan sonra Anna ilə İspaniyada tətil keçirmişdi.

Anspress.com