“Neftçi” - “Bakı” oyunu canlı yayımda
08.02.2010 - 16:44
Unibank Premyer Liqasının XIX turunun iki oyunu canlı yayımlanacaq. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, azarkeşlər sabah keçiriləcək turun “Neftçi” və “Bakı” arasındakı paytaxt derbisini, həmçinin “Qarabağ” – “Karvan” matçını televiziya ilə canlı izləyə biləcək. Oyunların yayım hüququna malik AzTV və “İdman Azərbaycan” kanallarının hərəsi bir qarşılaşmanı yayımlayacaq.
9 fevral (çərşənbə axşamı)
14:15. "Qarabağ" - "Karvan"
Quzanlı Olimpiya İdman Kompleksinin stadionu (AzTV)
15:00. "Neftçi" - "Bakı"
T.Bəhramov adına Respublika stadionu ("İdman Azərbaycan")
9 fevral (çərşənbə axşamı)
14:15. "Qarabağ" - "Karvan"
Quzanlı Olimpiya İdman Kompleksinin stadionu (AzTV)
15:00. "Neftçi" - "Bakı"
T.Bəhramov adına Respublika stadionu ("İdman Azərbaycan")
0
0