Yığmamızın rəqibinə kim “dərs” keçəcək?
08.02.2010 - 17:26
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması Polşada baş tutan püşkatma mərasimində daha bir yoxlama görüşünün keçirilməsi haqda razılıq əldə edib. Apasport.az saytının məlumatına görə, bu il baş tutacaq iki qarşılaşma ilə seçmə mərhələnin startına hazırlaşacaq Ditmar Konstantininin yetirmələri gələn qış üçün də “tədarük görüb”. Belə ki, Avstriya yığması 2011-ci il fevralın 9-da Hollandiya milli komandasının qonağı olacaq. Konstantini Amsterdamdakı “dərsin” seçmə mərhələnin gələn ilə təsadüf edəcək hissəsində faydalı olacağını düşünür.
Qeyd edək ki, avstriyalılar bu il martın 3-də Danimarka, mayın 19-da isə Xorvatiya yığmasını qəbul edəcəklər.
Qeyd edək ki, avstriyalılar bu il martın 3-də Danimarka, mayın 19-da isə Xorvatiya yığmasını qəbul edəcəklər.
0
0