Vaqif Sadıqov: Berti Foqts hansı rəqibi zəif hesab edirsə... - MÜSAHİBƏ
09.02.2010 - 00:32
Azərbaycan yığmasının sabiq baş məşqçisi, hazırda “Neftçi” klubunu çalışdıran Vaqif Sadıqovun müsahibəsi
- Millinin sabiq baş məşqçisi kimi yığma komandamızın qərarlaşdığı A qrupu haqda fikirlərinizi bilmək maraqlı olardı. Püşkü necə dəyərləndirirsiniz?
- Əvvəlcə, onu deyim ki, qrupun aşkar autsayderi yoxdur. A qrupunda ortabab sayılan komandaların sayı çoxluq təşkil edir. Aşkar favorit isə təbii ki, Almaniya millisidir. Bu qrupda mübarizə çox gərgin keçəcək. Oyunlarda hər bir nəticə qeydə alına bilər. Seçmə mərhələdə qarşımıza daha yüksək məqsədlər qoymalıyıq. Ortabab komandaların hər biri ilə başabaş mübarizə aparmağa qadirik. Əgər ötən seçmə mərhələdə sonuncu pilləni tərk edib, Lixtenşteyni arxada qoya bilmişiksə, bu dəfə hədəfimizi bir qədər də artırmalıyıq. Məncə, bu qrupda 3-cü yer uğrunda mübarizə aparmaq olar.
- Rəqibləri ayrı-ayrılıqda dəyərləndirməli olsaq...
- Qrupda yer alan komandaların hamısı bizə tanış rəqiblərdir. Favorit Almaniyadan yeni nəsə söz demək olmaz. Ötən seçmə mərhələdə eyni qrupda qərarlaşmışdıq. Qrupu lider olaraq başa vurmaqla öz güclərini sübut ediblər. Onların gücünə bələdik. Alman nizam-intizamı öz yerində, komanda səviyyəli futbolçulardan təşkil olunub.
Türkiyə komandasına gəlincə, artıq “ay-ulduzlular” nəsil dəyişmə prosesini arxada qoyublar. Komplektləşmiş Türkiyə millisi var. Nəzərə alsaq ki, onlar ötən seçmə mərhələdə qrupdan çıxa bilməyiblər, deməli, bu dəfə daha ciddi yanaşacaqlar. Almaniya millisindən sonra Türkiyə qrupun ikinci ən iddialı komandasıdır. Qardaş ölkə futbolunu yaxından izləyirik, nəyə qadir olduqlarını bilirik. Ümumiyyətlə, Türkiyənin Azərbaycanla oyunları həmişə çətin olub. İndiyədək aramızdakı oyunlara nəzər yetirsək, türklərin müqavimətlə üzləşdiklərini görərik. İki ölkə futbolunun arasındakı fərq Türkiyə ilə oyunda ortaya çıxacaq.
Üçüncü səbətdən rəqibimiz olan Avstriya komandası da bizə yad deyil. Artıq onlarla DÇ-2006-ın seçmə mərhələsində qarşılaşmışıq. Avstriya millisində nəsil dəyişməsi prosesi gedir. Eyni sözləri Belçika millisi üçün də demək olar. Bu iki komanda arasında fərq ondadır ki, Avstriyada o qədər də güclü futbolçular qərarlaşmayıb. Ancaq Belçikada gənclər və yeni cəlb olunan futbolçular demək olar ki, öz sözlərini böyük turnirlərdə, Olimpiya oyunlarında deyə biliblər. Həmçinin Belçika yığmasının ehtiyat qüvvəsi çox güclüdür. Dik Advokatın da Belçika millisinə rəhbərlik etdiyini nəzərə alsaq, demək olar ki, hər bir komanda üçün güclü rəqib olacaq. Həmçinin bizim üçün.
Qazaxıstan futbolu da son illər inkişaf dövrünü yaşayır. Amma bizdən üstün olduqlarını deyə bilmərəm. Hesab edirəm ki, qazaxlara qarşı mübarizə aparmaq olar. Ümumi götürsək, hər bir rəqibə qarşı oyunumuz asan olmayacaq. Milli komandamız hazırda Avropa futbolunda gedən proseslərdən geri qalmır. Yəni milli üçün hər cür şərait yaradılıb. Qısa müddət ərzində yığmada çalışdım. Yığmada çalışan bir məşqçi kimi böyük dəyişikliklərin olduğunun şahidi oldum. Həqiqətən milli komandaya peşəkarcasına yanaşma tərzi var. Təbii ki, bu də öz bəhrəsini verməlidir. Nəzərə alaq ki, almaniyalı mütəxəssis bir mərhələni yığma komanda ilə tanışlıq üçün sərf edib, artıq Azərbaycan futboluna və yığmaya tam bələddir. Məncə, qrupdakı rəqibləri də düz təhlil etməklə güclü bir Azərbaycan yığması formalaşdırmağın vaxtı çatıb.
- Qrupda ortabab komandaların çox olduğunu dediniz. Hansı komandalardan səfərdəki oyunlardan xal qoparmaq olar?
- Əvvəlcədən nəsə demək olmaz. İndi hər bir komandadan xal götürmək mümkündür. Yığmanın nümayiş etdirdiyi futbol onu göstərir ki, məğlub olsaq da, pis təsir bağışlamırıq. Yığmamızın evdə yaxşı oynaması rəqiblər üçün ən böyük problem olacaq. Azarkeşlərin də dəstəyindən yararlanaraq, yumruq kimi birləşərək lazım olan oyunu ortaya qoya bilirik. Ümumiyyətlə, oyunları ev və ya səfərə ayırmazdım. Milli komandamız Lixtenşteyni səfərdə məğlub etməklə onu sübut elədi ki, evdə də, səfərdə də oynamaq mümkündür.
- Püşkatmadan öncə qəzetimizə verdiyiniz açıqlamada iki ölkə futbolu arasındakı və futbolumuzdakı inkişafı görmək baxımından Türkiyə millisinin rəqibimiz olmasını istəyirdiniz. Sizcə, Türkiyə ilə oyunlarda futbolçularımız özlərini sübut etmək üçün əlavə motivasiya ilə çıxacaqlar...
- Türkiyə ilə bizi birləşdirən amillər çoxdur. Ancaq yaşıl meydana çıxdığımız anda rəqibə çevrilirik. Təbiidir ki, futbolçular hər iki oyunda özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Məncə, digər komandalarla oyundan fərqli olaraq, yığmanın üzvləri Türkiyə ilə oyuna tam fərqli motivasiya ilə çıxacaqlar.
- Belçika və Avstriyada nəsil dəyişikliyi olduğunu dediniz. Qeyd edək ki, hər iki komanda son seçmə mərhələdə səfərdə qələbə qazana bilməyiblər. Bu amili milli komandamız üçün əlavə üstünlük hesab etmək olarmı?
- Baş məşqçi Berti Foqts və köməkçilər hər bir rəqibi yetərincə təhlil edəcəklər. Üstün və mənfi cəhətlərini müəyyənləşdirəcəklər. İndiyədək olan nəticələrə söykənib hər hansı bir iş qurmaq düz olmazdı. Yəni statistikaya arxalanmağı düzgün hesab etmirəm. Belçikada yeni bir nəsil yetişir. Eyni sözləri Avstriya yığmasına şamil etmək olmaz. Ancaq buna baxmayaraq, Avropada zəif komanda yoxdur. Avstriya və Belçika yığmalarını ortabab komandalar kimi dəyərləndiririk. Ancaq bu, onların gücünü kiçiltməyə əsas vermir. Dediyim kimi, ortabab komandalar Azərbaycan yığması ilə eyni gücdə olan rəqiblərdir.
- Millinin sabiq məşqçisi kimi təqvimin necə olması yığmamız üçün əlverişli ola bilər?
- Nəzərə almaq lazımdır ki, milli çempionatın təqvimi millinin oyunları ilə razılaşdırılır. Yəni klublar da çalışırlar ki, milli komandamız sərbəst fəaliyyət göstərə bilsin. Bu sual baş məşqçi Berti Foqtsa ünvanlansa daha yaxşı olar. Çünki onun bu mərhələ ilə bağlı planları var. Həmin plan üzrə rəqibləri və yoldaşlıq oyunlarını seçəcək. Cüt oyunlarda milli komandamız o qədər də özünü yaxşı hiss etmir. Adətən bütün gücümüzü birinci oyuna sərf etməklə, 3-4 gün sonrakı görüşdə problemlər yaşayırıq. Məncə, cüt oyunlardan qaçmaq bizə sərf edər. Berti Foqts da bunu çox gözəl bilir. Milli çempionatın oyunlarını da nəzərə alaraq elə bir təqvim quracaq ki, yığmamıza xeyir verə bilsin. Hesab edirəm ki, ilk oyunları güclü yox, nisbətən zəif rəqiblərə qarşı oynamaq daha yaxşı olar. Millimizin Berti Foqtsun rəhbərliyi altında hansı aylarda ən uğurlu nəticələrə imza atıbsa, həmin aylara məğlub edə biləcəyimiz rəqibləri salmaq olar. Təqvimin əlverişli tərtib olunması milli komandamız üçün əhəmiyyət kəsb edəcək. Start uğurlu olmalıdır. Berti Foqts hansı rəqibi zəif hesab edirsə, həmin komanda ilə seçmə mərhələyə başlamalıdır. İnanıram ki, ondan sonra davamı gələcək.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0