Kazbek Tuayev: Orta səviyyəli qrupa düşmüşük
08.02.2010 - 22:39
“Asan qrup deyil. Orta səviyyəli qrupa düşmüşük. Almaniyanın gücü məlumdur. Türkiyə də mürəkkəb rəqibdir”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan yığmasının sabiq baş məşqçisi Kazbek Tuayevə məxsusdur.
Avropa çempionatının püşkünün nəticələrinin dəyərləndirən Tuayev lent.az saytına açıqlamasında bildirib ki, milli komandamız ötən tsikllərlə müqayisədə yaxşı çıxış edə bilər: “Ay-ulduzlular”la qarşılaşmalarımızda yaxşı oynasaq da, məhsuldarlıq olmayıb. Avstriya və Qazaxıstanla yaxşı oynamaq olar. Belçika yığmasına gəldikdə, baş məşqçisinin Dik Advokat olması vəziyyəti bir qədər dəyişir. O, bir müddət Rusiyada çalışdığı üçün yəqin ki, Azərbaycan futbolu ilə də maraqlanıb. Advokatın Belçika millisini seçmə tsiklin startınadək normal vəziyyətə gətirəcəyini düşünürəm. Yığmamızın qrupda neçə xal toplamasının və hansı pillə uğrunda mübarizə aparmasının mümkünlüyünü deməyəcəyəm. Çünki proqnoz verməyi xoşlamıram. Amma ötən tsikllərlə müqayisədə yaxşı çıxış edə bilərik”.

0
0